Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını vurdu
İyul 05, 2015 09:08 Asia/Baku
-
Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını vurdu
Bakı mətbuatı cəbhə xəttində Ermənistanın iki pilotsuz uçan aparatının vurulması barədə məlumat yayıb. Hadisə cəbhənin Tərtər rayonu istiqamətində baş verib
APA-nın məlumatına əsasən, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat aşkar olunaraq, açılan atəş nəticəsində vurulub.