PKK döyüşçüləri Naxçıvana gedən yolda terror törədiblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i195967-pkk_döyüşçüləri_naxçıvana_gedən_yolda_terror_törədiblər
PKK Türkiyənin İğdır vilayəti ərazisində terror törədib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2015 06:23 Asia/Baku
  • PKK döyüşçüləri Naxçıvana gedən yolda terror törədiblər
    PKK döyüşçüləri Naxçıvana gedən yolda terror törədiblər

PKK Türkiyənin İğdır vilayəti ərazisində terror törədib.

Səhər beynəlxalq telekanalının APA-ya istinadən verdiyi məlumata görə, iyulun 16-da yerli vaxtla saat 19.35-də İğdırın Qaraqoyun rayonunun Daşburun kəndi yaxınlığında PKK-çılar İğdırdan Naxçıvana – Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsərək, bir yük avtomobilini (TIR) saxlayıblar. Onlar sürücünü avtomobildən düşürərək, yük avtomobilinə od vurub və hadisə yerindən qaçıblar.
Yanğın səbəbi ilə yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Yanğınsöndürənlər yük avtomobilini söndürsələr də, avtomobil yararsız hala düşüb.
Təhlükəsizlik qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıblar.