Prezident İlham Əliyev: “Əsas düşmənimiz erməni lobbisidir”
İyul 22, 2015 04:36 Asia/Baku
-
İlham Əliyev
Prezident İlham Əliyev deyib: “Mən bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Mən bunu istənilən auditoriyada deyə və sübut edə bilərəm”.
APA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidenti milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə deyib: “Erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar. Onların geniş maliyyə imkanları, əlaqələri var.
Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq bu, əslində rüşvət deməkdir.
Prezident İlham Əliyev bildirib: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan əzəli Azərbaycan torpağıdır.”.
İlham Əliyev sonda iki tövsiyə də verib: “Hesab edirəm ki, xarici media məkanında bizim fəaliyyətimiz bax, bu iki istiqamət üzrə aparılmalıdır - münaqişə ilə bağlı həqiqətlər və Azərbaycan reallıqları ilə bağlı həqiqətlər. Biz bunları çatdırmalıyıq”.
Prezident İlham Əliyev bildirib ki, xarici media resursları ilə daha sıx əlaqələr qurulmalıdır: “Həm xarici media nümayəndələrini Azərbaycana dəvət etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini təşkil etmək vacibdir. Biz Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik.”- prezident Əliyev belə qeyd edib.
Teqlər