Rəsmi Bakı qərbin separatçılara dəstəyindən narahtdlr
İyul 25, 2015 06:09 Asia/Baku
-
Novruz Məmmədov
Novruz Məmmədov qərb ölkələri rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsinə məhəl qoymadan səfər etmələrini tənqid atəşinə tutub.
APA-nın məlumatına görə, mətbuat konfransında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib: “Həmin şəxslər əsasən Avropa ölkələrindəndirlər. İstədiyimiz odur ki, heç bir şeydə ikili standart olmasın. Necə ola bilir ki, Dağlıq Qarabağdakı qondarma quruma yardım göstərilir, hansısa variantlarla qondarma “prezidenti”nə müxtəlif ölkələrdə Şengen vizası da verirlər?"Azərbaycan PA rəsmisi qeyd edib: "Necə olur ki, Britaniyanın Kral İnstitutu Bako Saakyanı dəvət edir, tez-tez müxtəlif marafonlarda iştirak etmək üçün ABŞ-a, Fransaya da gedir, istədiklərini edir?! Bu, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsir göstərməyəcək, biz bunları qəbul etmirik ”.
Teqlər