Yəməndə səudiyyəlilərin cinayətləri qarşısında islami ölkələrin susmaları tənqid edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i197048-yəməndə_səudiyyəlilərin_cinayətləri_qarşısında_islami_ölkələrin_susmaları_tənqid_edilib
Azərbaycan Respublikasında politoloq və Qarabağ İslami Müqavimət Hərəkatı Təşkilatının başçısı Yəməndə səudiyyəlilərin cinayətləri qarşısında islami ölkələrin susmalarını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2015 06:59 Asia/Baku
  • Yəməndə səudiyyəlilərin cinayətləri qarşısında islami ölkələrin susmaları tənqid edilib
    Yəməndə səudiyyəlilərin cinayətləri qarşısında islami ölkələrin susmaları tənqid edilib

Azərbaycan Respublikasında politoloq və Qarabağ İslami Müqavimət Hərəkatı Təşkilatının başçısı Yəməndə səudiyyəlilərin cinayətləri qarşısında islami ölkələrin susmalarını tənqid edib.

Rövşən Əhmədli Bakıda Səhər-in müxbiri ilə müsahibədə deyib: İslami ölkələr digər beynəlxalq iddiaçı orqanların nəzərlərinə məhəl qoymadan özlərinin ittifaqı və fikir birlikləri ilə İslam dünyasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində addım ata bilərlər. Rövşən Əhmədli yəmənlilərin daxili istibdada və bu istibdadı dəstəkləyən təcavüzkarlara və səudiyyəlilərə qarşı haqlı mübarizələrinə toxunaraq, əlavə edib: Bu gün Yəmən, İraq və Suriyada törədilən cinayətlər altmış ildir, işğal olunmuş Fələstində baş verən və İslam dünyası ərazisinin bir hissəsinin işğalı ilə nəticələnmiş cərəyanın oxşarıdır.