Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantının meyiti tapılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i197285-cəmşid_naxçıvanski_adına_hərbi_liseyin_kursantının_meyiti_tapılıb
Azərbaycan Respublikasının Bərdə rayonunda, Yuxarı Qarabağ kanalında batan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Vüsal Qara oğlu Cəfərovun meyiti tapılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2015 04:16 Asia/Baku
  • Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantının meyiti tapılıb
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantının meyiti tapılıb

Azərbaycan Respublikasının Bərdə rayonunda, Yuxarı Qarabağ kanalında batan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Vüsal Qara oğlu Cəfərovun meyiti tapılıb.

"Report" informasiya agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin iki gündür axtardıqları 16 yaşlı yeniyetmənin cəsədi Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən keçən hissəsində su qapısına ilişərək üzə çıxıb.


Vüsal Cəfərovun meyiti sudan çıxarıldıqdan sonra polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılıb. Daha sonra kursantın cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağcabədi rayon şöbəsinə göndərilib. Orada 16 yaşlı yeniyetmənin meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Qeyd edək ki, hadisə iki gün əvvəl Bərdə rayonu, Mehdili kəndinin ərazisində baş verib.