İran Tacikistan, Azərbaycan və Türkiyə ilə əl işləri sənayesi sektorunda əməkdaşlıq edir
Sen 09, 2015 14:53 Asia/Baku
-
İran Tacikistan, Azərbaycan və Türkiyə ilə əl işləri sənayesi sektorunda əməkdaşlıq edir
İran İslam Respublikası Tacikistan, Azərbaycan Respublikası və Türkiyə ilə əl işləri sənayesində əməkdaşlıqlarını genişləndirir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İranın Mədəni İrslər Təşkilatının əl işləri sənayesi üzrə sədr müavini Bəhmən Namvər Mütləq bu gün Tacikistan, Azərbaycan və Türkiyənin Tehrandakı səfirləri ilə ayrı-ayrılıqda görüşlər keçirərək əl işləri sənayesində əməkdaşlıqların genişləndirilməsi və müştərək sərgilərin keçirilməsini vurğulayıb.Namvər Mütləq Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundovla görüşdə iki ölkənin əl işləri sənayesinin müxtəlif sahələrində yüksək səviyyədə mübadilələr edə biləcəyinə toxunaraq əlavə edib: Xammalın, əsasən də ipəyin təmin olunması ilə istehsal sahəsində aktiv fəaliyyət göstərmək olar.
Bu görüşdə Cavanşir Axundov da deyib: Bakıda İranın Əl İşləri Sənayesi Ticarət mərkəzinin təsis olunması İranın əl işləri sənayesi məhsulları ilə daha artıq tanışlığa səbəb ola bilər.
Türkiyənin Tehrandakı səfiri Rza Hakan Təkin İranın Mədəni İrslər Təşkilatının əl işləri sənayesi üzrə sədr müavini ilə görüşdə isə deyib: İki ölkənin müştərək mədəniyyəti vardır və bu sahədə əməkdaşlığın maksimum genişləndirilməsi üçün çalışmaq lazımdır.
Teqlər