İran Habil Əliyevin vəfatı ilə bağlı başsağlığı verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i197507-İran_habil_Əliyevin_vəfatı_ilə_bağlı_başsağlığı_verib
İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin incəsənət məsələləri üzrə müavini Əli Muradxaniməşhur incəsənət xadimi, kamança ustası Habil Əliyevin vəfatı ilə bağlı müraciətdə bildirib: Mərhum Habil Əliyev incəsənət dünyasında yüksək yeri və adı yadigar qoydu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2015 10:46 Asia/Baku
  • İran Habil Əliyevin vəfatı ilə bağlı başsağlığı verib
    İran Habil Əliyevin vəfatı ilə bağlı başsağlığı verib

İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin incəsənət məsələləri üzrə müavini Əli Muradxaniməşhur incəsənət xadimi, kamança ustası Habil Əliyevin vəfatı ilə bağlı müraciətdə bildirib: Mərhum Habil Əliyev incəsənət dünyasında yüksək yeri və adı yadigar qoydu.

Səhər Beynəlxalq Televiziyasının İranın Bakıdakı səfirliyinin informasiya portalına istinadla verdiyi məlumata görə, Əli Muradxani müraciətdə bildirib: Habil Əliyev dünyanın bir çox ölkəsində, o cümlədən İranda dəyərli musiqi əsərləri və səhnə icrası ilə İran mədəniyyəti və incəsənətinə özünəməxsus sevgisini əks etdirir və İranda ictimaiyyətin, xüsusilə də musiqi sənətkarlarını könlünü oxşayırdı.


Müraciətdə əlavə olunub: Habil Əliyev təkcə Azərbaycanda deyil, İranda da məşhur və layiqli incəsənət xadimi kimi tanınırdı. Onun özünəməxsus incəsənət ustalığı və İranın məşhur incəsənət xadimləri ilə müştərək əsərləri İran və Azərbaycanın yaxınlaşmasında və iki ölkənin, əsasən də mədəniyyət və incənəsənət sahəsindəki əlaqələrində təsirli olmuşdur.