İlham Əliyev: Ermənistan çağırışlara məhəl qoymur
Sen 16, 2015 06:12 Asia/Baku
-
İlham Əliyev
Azərbaycan prezidenti qeyd edib: "Ermənistan işğalçılıq siyasətini davam etdirir, beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur".
APA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemanla keçirdiyi birgə mətbuat konfransında deyib: "Bütün münaqişələr beynəlxalq hüququnun norma və prinsipləri əsasında həll olunmalıdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan bölgəsi uzun illərdir, erməni işğalı altındadır. Bu ərazilərdə etnik təmizlənmə siyasəti aparılıb. 1 milyondan artıq azərbaycanlı torpaqlarından didərgin düşüb."İlham Əliyev daha sonra deyib: "Torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistan işğalçılıq siyasətini davam etdirir, beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur."
Azərbaycan prezidenti sonda beynəlxalq hüquq və ədalətin zəfər çalacağına ümidvar olduğunu bildirib.
Teqlər