Azərbaycan Respublikası zəvvarlarının İslam Müqəddəslərinin ziyarətinə səfərləri başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i197853-azərbaycan_respublikası_zəvvarlarının_İslam_müqəddəslərinin_ziyarətinə_səfərləri_başlanıb
Azərbaycan Respublikası zəvvarları İslam Müqəddəslərinin ziyarətinə ilk hava səfərlərinə başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2015 11:34 Asia/Baku
  • Azərbaycan Respublikası zəvvarlarının İslam Müqəddəslərinin ziyarətinə səfərləri başlanıb
    Azərbaycan Respublikası zəvvarlarının İslam Müqəddəslərinin ziyarətinə səfərləri başlanıb

Azərbaycan Respublikası zəvvarları İslam Müqəddəslərinin ziyarətinə ilk hava səfərlərinə başlayıblar.

IRNA-nın məlumatına görə, 157 sərnişini daşıyan İraq Hava Yolları Şirkətinin Boeing-737 tipli ilk sərnişin təyyarəsi Bağdaddan birbaşa uçuş keçirərək, çərşənbə axşamı günü Bakının Heydər Əliyev adına hava limanıda yerə enib.
İraqın Azərbaycan Respublikasındakı səfiri Heydər Əlbərak Bağdad-Bakı uçuş reysinin açılmasını iki ölkə arasında dostluq münasibətlərinin əlaməti adlandırıb.
O, Azərbaycan Respublikası Dövlət Hava Yolları Şirkətinin yardımına görə təşəkkür edərək, əlavə edib ki, bu mühüm hadisə iki ölkənin siyasi və iqtisadi əlaqələrinin möhkəmlənməsinə səbəb olacaq.
Bu təyyarənin sərnişinləri ilə birgə Bakıya daxil olmuş İraq Hava Yolları Şirkətinin baş müdiri Üsamə Əlsədr də deyib ki, Bağdad-Bakı uçuş reysinin açılması İraqdakı dini məkanları ziyarət etmələri üçün azərbaycanlı zəvvarlara imkanlar yaradacaq.
O, qeyd edib ki, yaxın gələcəkdə Nəcəf-Bakı və əks istiqamətdə də uçuş reysləri fəaliyyətə başlayacaq.
Bağdad-Bakı və əks istiqamətdə uçuş reysləri həftədə bir dəfə həyata keçiriləcək.