Azərbaycan Respublikası məscidlərində Qurban bayramı namazı qılınıb
Sen 24, 2015 09:39 Asia/Baku
-
Azərbaycan Respublikası məscidlərində Qurban bayramı namazı qılınıb
Azərbaycan Respublikasının müsəlman xalqı bu ölkə məscidlərinə axışaraq səadətli Qurban bayramı namazını qılıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, səadətli Qurban bayramı namazının xütbələrində natiqlər bu böyük bayram münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edərək Həccin vacib olmasının əhəmiyyəti və tarixi, Həcc günlərindəki qurbanlıq fəlsəfəsi, Allah-taalanın Həzrət İbrahimə (ə) bu vacib işi görmək istiqamətindəki fərmanı barədə çıxışlar ediblər.Natiqlər və namaz qılanlar bu mənəvi mərasimdə həmçinin müsəlmanların izzəti, dünyada, xüsusilə də islam ölkələrində sülh və dincliyin bərqərar olması, terrorçu qruplaşmalar, xüsusilə də İŞİD fitnəsini məhv olması və məzlum Fələstin xalqının qəsbkar sionist rejimdən xilas olması üçün dualar ediblər.
Bakıda Təzəpir məscidində minlərlə namaz qılan bəndəlik bayramında Qurban bayramı namazını qılıb.
Qurban bayramı namazı həmçinin Azərbaycan Respublikasında yaşayan iranlıların iştirakı ilə Bakıda Əhli-Beyt (ə) hüseyniyyəsində qılınıb.
Əldə olunan məlumatlara görə, Naxçıvan Muxtar Respublikası və Gürcüstanda da səadətli Qurban bayramı namazı möhtəşəm şəkildə qılınıb.
Azərbaycan Respublikası xalqı Qurban bayramında namaz qıldıqdan və qurbanlıqları kəsdikdən sonra böyüklərin görüşünə gedir və bu böyük günlə əlaqədar dəyərli adət-ənənələri yerinə yetirir.
Teqlər