Minada bir azərbaycanlı həlak olub
Sen 25, 2015 10:55 Asia/Baku
-
Minada bir azərbaycanlı həlak olub
Mina dağında yaranan basabas nəticəsində 1200 nəfər ölüb.
Qurban bayramı günü Məkkədən azərbaycanlılar üçün də arzuolunmaz xəbər gəldi.Həcc ziyarətində həlak olan 1300-dən artıq müsəlmanın sırasına azərbaycanlı zəvvar da daxil olub. Belə ki, Mina dağından geri qayıdarkən 60 yaşlı Fəxrəddin Zeynalov dünyasını dəyişib.
Sonuncu dəfə bu cür hadisə 2006-cı ildə baş verib. Həmin faciədə 360-dan çox zəvvar dünyasını dəyişib.
Bu il ərzində Məkkədə baş verən dördüncü hadisədir. Belə ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın olub. Daha sonra isə Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər isə xəsarət alıb. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 nəfərin öldüyü deyilir.
Teqlər