Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsinin Mina hadisəsi haqda fikirləri
Sen 28, 2015 11:57 Asia/Baku
-
Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsinin Mina hadisəsi haqda fikirləri
Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi səudiyyəlilərin Mina hadisəsindəki tədbirsizlikləri və səhlənkarlıqlarını pisləyərək, Ərəbistan hökmranlarının bu cinayət qarşısında cavabdeh olmaları vacibliyini vurğulayıb.
Əli Əkbər Ocaqnejad Bakıda yaşayan iranlıların Əhli-Beyt(ə) hüseyniyyəsində namazqılanlar qarşısındakı çıxışında bu kədərli faciə ilə bağlı başsağlığı verərək, bildirib: Səudiyyəlilər özlərinin bu rəftarları ilə göstərdilər ki, Hərəmeyn Şərifeyni idarə etmək səlahiyyətinə malik deyillər.Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi İmam Xomeyni(r.ə)-in səudiyyəlilərin Hərəmeyn Şərifeynin idarəçiliyinə səlahiyyətsiz olmalarına dair sözlərinə işarə edərək, deyib: Bu müqəddəs məkanların idarəçiliyi İslam Əməkdaşlığı Təşkilatına tapşırılmalıdır.
Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi səudiyyəlilərin Yəməndəki cinayətləri və bu ölkənin məzlum müsəlmanlarını qırğın etmələrinə də işarə və dünya ictimaiyyətinin bu cinayətlər qarşısında susmasını kəskin surətdə tənqid edib.
Teqlər