AİP-in Mina faciəsinə reaksiyası
Sen 28, 2015 15:57 Asia/Baku
-
AİP-in Mina faciəsinə reaksiyası
Azərbaycan Respublikası İslam Partiyasının sədr əvəzi vurğulayıb ki, Ali-Səud rejimi Mina faciəsi və çoxlu sayda hacının ölümü qarşısında cavabdeh olmalıdır.
Hacı İlham Əliyev Bakıda Səhər beynəlxalq telekanalının müxbiri ilə müsahibədə Mina hadisəsinin baş verməsində səudiyyəlilərin səhlənkarlıqları və tədbirsizliklərini pisləyib və deyib ki, Ərəbistan hökmranları bu kədərli hadisə qarşısında cavabdeh olmalıdırlar.O, bu böyük faciənin dərinliyinə toxunaraq, bildirib ki, səudiyyəlilər həcc ziyarətində baş vermiş son hadisələrlə Hərəmeyn Şərifeyni idarə etmək səlahiyyətinə malik olmadıqların göstərdilər.
Azərbaycan Respublikası İslam Partiyasının sədr əvəzi sonra belə qeyd edib: Səudiyyəlilərin bir neçə illik fəaliyyəti göstərir ki, onlar bu müqəddəs məkanları idarə etmək qüdrətinə malik deyillər və bu mühüm məsələnin məsuliyyətini İslam Əməkdaşlığı Təşkilatına tapşırmalıdırlar.
Teqlər