Azərbaycan Respublikası zəvvarları həcc mərasimindən geri dönüblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i198014-azərbaycan_respublikası_zəvvarları_həcc_mərasimindən_geri_dönüblər
Azərbaycan Respublikası hacılarından ibarət ilk qrup Bakıya daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2015 10:16 Asia/Baku
  • Azərbaycan Respublikası zəvvarları həcc mərasimindən geri dönüblər
    Azərbaycan Respublikası zəvvarları həcc mərasimindən geri dönüblər

Azərbaycan Respublikası hacılarından ibarət ilk qrup Bakıya daxil olub.

İslam-Azəri saytının məlumatına görə, Azərbaycan Respublikası Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Zəvvarların İşləri Şöbəsinin müdiri Müqəddəs Payızov deyib ki, ikinci zəvvar karvanı da bazar ertəsi gününün son saatlarında Bakıya daxil olub.
Bu məlumata görə, zəvvarların 40-50 nəfərlik təyyarələrlə Məkkədən geri döndükləri öncəki illərin əksinə olaraq, bu il azəri zəvvarlar 260-280 nəfərlik təyyarələrlə ölkəyə geri dönürlər.
Müqəddəs Payızovun sözlərinə görə, Azərbaycan Respublikası zəvvarlarından üç nəfər hazırda xəstəlik üzündən xəstəxanada yatır ki, onların qayıdış tarixi iki oktyabrdır.
Qeyd edək ki, Azərbaycan Respublikası zəvvarlarından üç nəfər Mina faciəsindən sonra ürək çatışmazlığı səbəbindən həyatını itiribdir.