Əliyev Ermənistanı və vasitəçiləri suçladı
Sen 30, 2015 17:52 Asia/Baku
-
Əliyev Ermənistanı və vasitəçiləri suçladı
Azərbaycan Respublikası prezidenti İlham Əliyev deyib: “Ermənistan Azərbaycanı təxribata çəkir”
APA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən qeyd edib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir.Prezident İlham Əliyev status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğulayıb. Təmas xəttində baş verən hadisələrə toxunan prezident İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən Azərbaycan Respublikasının dövlət başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliklə yanaşmadıqlarını deyib.
Teqlər