Azərbaycanın neft gəlirləri 50%-dən çox azalıb
Okt 07, 2015 13:18 Asia/Baku
-
Azərbaycanın neft gəlirləri 50%-dən çox azalıb
Azərbaycan Dövlət Gömrük Komitəsinin yaydığı son hesabata görə, cari ilin ilk 8 ayında Azərbaycanın xam neft ixracatının dəyəri 6.4 milyard dollar olub. Bu da ötən ilin müvafiq dövrünün 13 milyard dollarlıq xam neft ixracatı ilə müqayisədə 50%-lik azalmadan xəbər verir.
Bu hesabata görə, cari ilin ilk 8 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 14.82 milyard dollar olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,83% azalma deməkdir.Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatında car ilin ilk 8 ayında ixracatın ümumi miqdarı 8.183 milyard dollar elan olunub. Halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 15,351 milyard dollar olmuşdu. Bu da 53,31% azalma deməkdir.
Həmçinin, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ixracatın azalmasının əsas səbəbi kimi göstərilib.
Bu müddət ərzində Azərbaycanın mavi yanacaq ixracatı 225 milyon dollar olub. Bu isə 2014-cü ilin ilk 8 ayı ilə müqayisədə 159 milyon dollar azalmadan xəbər verir.
Azərbaycan Dövlət Gömrük Komitəsi cari ilin ilk 8 ayında idxalın miqdarını da 5.898 milyard dollar göstərib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.09% artımdan xəbər verir.
Bu hesbata görə, Azərbaycanın xarici ticarət dövriyyəsində tarazlıq müsbət 2.284 milyard dollar olub. Halbuki, bu rəqəm ötən ilin müvafiq dövründə 9.739 milyard dollar olmuşdu.
Azərbaycan iqtisadiyyatının neft və qaz ixracatı üzərində qurulmasının nəzərə alaraq, dünya bazarında qara qızılın qiymətində baş verən kəskin dəyişiklik, ölkə iqtisadiyyatında dərhal hiss olunur. Belə ki, bu tendensiya son zamanlar Azərbaycanın milli valyutası olan manatın dollar müqabilində 30% dəyər itirməsinə səbəb olub.
İqtisadçılar hazırkı vəziyyətin davam edəcəyi təqdirdə qarşıdan gələn aylar ərzində manatın daha da dəyər itirəcəyini düşünürlər.