Azərbaycan prezidenti: "2016-cı il iqtisadiyyat üçün asan il olmayacaq"
Okt 07, 2015 10:00 Asia/Baku
-
Azərbaycan prezidenti: "2016-cı il iqtisadiyyat üçün asan il olmayacaq"
Azərbaycan Respublikası prezidenti deyib: " Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olub - heç bir sosial proqramda yubanma olmayıb. Prezident həmçinin bildirib ki, 2016-cı il iqtisadiyyat üçün asan il olmayacaq.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib: “Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər. Çünki həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur”.Prezident İlham Əliyev daha sonra deyib: “Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik”, deyə prezident qeyd edib.
Teqlər