Qanlı Məkkə hadisələri bilərəkdən törədilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i198268-qanlı_məkkə_hadisələri_bilərəkdən_törədilib
Tövbə cəmiyyətinin sədri və İmam Hüseyn Məscidi dini icmasının başçısı bu il Məkkədə baş verən qanlı hadisələrin qəsdən törədildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2015 09:39 Asia/Baku
  • Qanlı Məkkə hadisələri bilərəkdən törədilib
    Qanlı Məkkə hadisələri bilərəkdən törədilib

Tövbə cəmiyyətinin sədri və İmam Hüseyn Məscidi dini icmasının başçısı bu il Məkkədə baş verən qanlı hadisələrin qəsdən törədildiyini bildirib.

Bu ilki həcc mərasimində iştirak edən Hacı Əbdül "Həftə İçi" qəzeti ilə müsahibədə deyib: Kəbə evinin yanındakı qaldırıcı kranın aşması və Mina faciəsi, öncədən planlaşdırılmış bir fitnə idi.
Hacı Əbdül daha sonra deyib: minlərlə Allah evi zəvvarının Kəbə evində və Mina çölündə həlak olması bir daha sübut etdi ki, Ali-Səud rejimi Məkkə və Mədinəni idarə etməl ləyaqətinə malik deyil və İslam ölkələri bu müqəddəs məkanların məsuliyyətini öz üzərlərinə götürməlidirlər.
Hacı Əbdül əlavə edib: bu kimi kədərləndirici hadisələrin baş verməsini önləmək üçün Məkkə və Mədinədə müstəqil bir dini qurum yaradılmalıdır.
Bu ilki həcc mərasimi zamanı baş vermiş qanlı olaylarda minlərlə zəvvar həlak oldu.
Bu hadisələrin ardınca bir çox İslam ölkəsi Ərəbistanın zəvvarların təhlükəsizliyini təmin etməyə qadir olmadığını bildirərək, həcc mərasiminin idarə edilməsinin İslam ölkələri tərəfindən birgə şəkildə təşkil edilməsini həmçinin, baş verən faciələri araşdırmaq üçün müstəqil faktaraşdırıcı komitənin yaradılmasını vurğuladı.