Azərbaycanlı ilahiyyatçı Mina faciəsinin səbəbini Ərəbistanın yetərsizliyi adlandırıb
Okt 09, 2015 10:38 Asia/Baku
-
Azərbaycanlı ilahiyyatçı Mina faciəsinin səbəbini Ərəbistanın yetərsizliyi adlandırıb
Bakının imam cümələrindən Hacın Şahin Həsənli Mina faciəsini Səudiyyə Ərəbistanı rejiminin tədbirsizliyi və yetərsizliyinin nəticəsi adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, builki həccdə Allah Evinin zəvvarlarından olan Hacı Şahin Həsənli Bakıda Səhər Televiziyasının müxbirinə verdiyi müsahibədə, builki Həcc mərasimində Allah Evi zəvvarlarından minlərlə nəfərin həlak olmasından təəssüflənib və bu hadisəni Ərəbistana hakim rejimin yetərsizliyi və tədbirsizliyinin nəticəsi adlandırıb və deyib: Bu cinayətin günahkarları ilə ciddi şəkildə davranılmalıdır.Bakının Məşədi Dadaş məscidinin imam cüməsi bu faciəni çox dərin və ağrılı adlandırıb və deyib: Builki Həcc mərasimi Həcc tarixində nadir hadisələrdən biri olmuşdur.
Hacı Şahin Həsənli əlavə edib: Quran-Kərimin açıq aşkar bildirdiyinə əsasən Məkkə əmin-amanlı məkandır və Həcc mərasiminin baniləri hacıların təhlükəsizliyini təmin etmək üçün maksimum dərəcədə səy göstərməlidirlər.
Teqlər