Azərbaycanlı ruhanilər: Ərəbistan üzr istəməlidir
https://azeri.sahartv.ir/news/azərbaycan-i198306-azərbaycanlı_ruhanilər_Ərəbistan_üzr_istəməlidir
Azərbaycan ruhaniləri bildiriblər ki, Səudiyyə Ərəbistanı Mina faciəsinə görə İslam ümmətindən üzr istəməlidir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2015 10:52 Asia/Baku
  • Azərbaycanlı ruhanilər: Ərəbistan üzr istəməlidir
    Azərbaycanlı ruhanilər: Ərəbistan üzr istəməlidir

Azərbaycan ruhaniləri bildiriblər ki, Səudiyyə Ərəbistanı Mina faciəsinə görə İslam ümmətindən üzr istəməlidir

Səhər Beynəlxalq Televiziyasının Maide.az saytına istinadla verdiyi məlumata görə, dünən Azərbaycan ruhaniləri və ilahiyyatçıları Mina faciəsində qurban gedənlərin xatirəsinə həsr olunmuş tədbir keçiriblər. Tədbirdə Şeyx Sərdar Hacıhəsənli, Hacı İlqar İbrahimoğlu, Hacı Mircəfər Əyyubzadə, Hacı Zülfüqar Mikayılzadə və digər ruhanilər çıxış edərək, Həcc ziyarətinin əhəmiyyəti barədə danışıblar.
Onlar mübarək dinimizin Həcc zəvvarlarına verdiyi dəyərdən söz açıblar.
Daha sonra Minada baş vermiş faciəyə toxunaraq, bu hadisəyə səbəb olanların məsuliyyətsizliklərini pisləyib və onları İslam ümmətindən bu hadisəyə görə üzr istəməli olduqlarını, hadisəni şəffaf şəkildə araşdırılmasının zəruriliyini vurğulayıblar.
Həmçinin bildirilib ki, Səudiyyə rejimi Həcc ziyarətini mübarək dinimizin Həcc zəvvarlarına verdiyi dəyərlə qəti uyğun şəkildə təşkil etməyib.