Robert Sekuta: " Qarabağ münaqişəsini "dondurulmuş münaqişə" kimi görmürük”
https://azeri.sahartv.ir/news/azərbaycan-i198319-robert_sekuta_qarabağ_münaqişəsini_dondurulmuş_münaqişə_kimi_görmürük
Bir müddətdir ki, ABŞ rəsmiləri Qarabağ münaqişəsini aktiv münaqişə kimi dəyərləndirirlər. Məsələnin zamanın bu kəsiyinə təsadüf etdiyi hələ məxfi qalır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2015 14:44 Asia/Baku
  • Robert Sekuta:
    Robert Sekuta: " Qarabağ münaqişəsini "dondurulmuş münaqişə" kimi görmürük”

Bir müddətdir ki, ABŞ rəsmiləri Qarabağ münaqişəsini aktiv münaqişə kimi dəyərləndirirlər. Məsələnin zamanın bu kəsiyinə təsadüf etdiyi hələ məxfi qalır.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bir müddət əvvəl “Dağlıq Qarabağ "dondurulmuş" münaqişə deyil” açıqlamasından sonra, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da eyni məzmunda danışıb.
APA-nın məlumatına görə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, ATƏT-in Minsk Qrupu vəziyyəti dəyişmək üçün tərəflərlə geri addım atılması məsələsini müzakirə edir. Biz bu münaqişəni "dondurulmuş" münaqişə kimi görmürük. İnsanlar ölürsə, bu, "dondurulmuş" münaqişə deyil. Məsələnin sülh yolu ilə həlli üçün biz tərəflərlə çalışırıq.
Amerikanın Bakı elçisi həmişəki kimi məsuliyyəti daha çox Ermənistan və Azərbaycanın üzərinə atıb: "Bütün tərəflər gərginliyin azalması və münaqişənin həll yolunun tapılması üçün addımlar atmalıdır".