Əmir Abdullahian: İran Suriyaya hərbi məsləhətçi ezam edib
Okt 15, 2015 13:59 Asia/Baku
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini deyib: İran Suriya hökumətinin müraciətinə cavab olaraq terrorizmlə mübarizə üzrə təcrübəli hərbi məsləhətçi qrupunu Suriyaya ezam edib.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian Brüsseldə Avronyuza verdiyi müsahibədə əlavə edib: İran Suriyaya əsgər göndərməyib və Suriyada baş verənlər terrorçu qruplaşmaları zəiflətmək istiqamətindədir.Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ilə Suriya barəsindəki müzakirələrinə toxunan Əmir Abdullahian deyib: Suriya prezidenti Bəşşar Əsədin iqtidarda qalması və yaxud getməsi barəsində qərar bu ölkə xalqı tərəfindən verilməlidir.
İran xarici işlər nazirinin müavini Rusiyanın Suriyada terror qruplaşmaların mövqelərinə hücumu barəsində də deyib: Rusiya Bəşşar Əsədə müxalif qrupları deyil, bütün terror qruplaşmaları ilə mübarizə aparacaq və Tehran Suriyada terrorçuların zəiflədilməsi üzrə Moskvanın qərarını dəstəkləyir.
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini həmçinin bildirib: İranın Suriyadakı hərbi müşavirləri bu ölkə ordusu və rəsmilərinə və Moskvanın müraciət olduğu halda Rusiyaya kömək edirlər.