Okt 15, 2015 14:44 Asia/Baku
  • «Vəhhabilərin arxasında dayanan oliqarxlar var»
    «Vəhhabilərin arxasında dayanan oliqarxlar var»

Hacı Tale Bağırzadə Azərbaycanda İŞİD təhlükəsindən danışıb.

«Yeni Müsavat» qəzeti «Müsəlman Birliyi» hərəkatının rəhbəri ilə müsahibəni yayımlayıb.
Tale Bağırzadə müsahibəsində Azərbaycanda İŞİD təhlükəsindən danışıb: Azərbaycanda bu təhlükənin artmasını bilmək üçün MTN-in açıqlamalarına diqqət etmək lazımdır. Yaxınlarda nazir Eldar Mahmudov İŞİD-lə mübarizədən danışdı. Demək, bu təhlükə var ki, bu cür narahat bəyanatlar verilir.
İlahiyyatçı sözlərinin davamında bildirb: Bunun da səbəbkarı mövcud hakimiyyətdir. Ona görə ki, qapıları vəhhabilərin üzünə açdı. Onlara genişlənmək üçün imkanlar yaradıldı. Nəticədə qarşılarının alınması müşkülə çevrildi. Virus kimi yayılmaqdadır. Dövlətimiz üçün təhlükədir. Ciddi siqnaldır. Azərbaycanda fəaliyyət göstərən vəhhabilərin hazırda geniş imkanları var. Bunların qarşısını niyə almırlar? Hansısa bir şiə mağaza açan kimi dərhal nəzarətə götürürlər. Amma vəhhabilərin böyük biznes şəbəkəsi var.
Hacı Tale Bağırzadə qeyd edib: Deyirlər ki, vəhhabiliyə qarşı mübarizə aparırıq, amma altdan dəstək verilir. Xarici qüvvələrin onlar üçün hakimiyyətə təzyiq etmələri variantı da realdır. Dövlət gəmisini idarə edən bu hakimiyyətdir. Olacaq hər bir təhlükəyə cavabdeh də hakimiyyətdir.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanları ciddi cəhdlə çalışır və prezidentin rəhbərliyi altında ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycan bir sabitlik adasıdır. Onun qorunması və daha da möhkəmlənməsi üçün büdcədən bu sahələrə daha çox vəsait ayrılmasına ehtiyac var»- deyə S.Novruzov vurğulayıb.

Teqlər