Azərbaycanda Həzrət Əba Əbdillahil-Hüseynə (ə) əzadarlıq mərasimləri başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i198537-azərbaycanda_həzrət_Əba_Əbdillahil_hüseynə_(ə)_əzadarlıq_mərasimləri_başlanıb
Həzrət Əba Əbdillahil-Hüseyn (ə) və vəfalı silahdaşlarının matəm mərasimləri cümə axşamı gecəsindən Azərbaycan Respublikasının məscidləri və digər dini məkanlarında başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2015 08:07 Asia/Baku
  • Azərbaycanda Həzrət Əba Əbdillahil-Hüseynə (ə) əzadarlıq mərasimləri başlanıb
    Azərbaycanda Həzrət Əba Əbdillahil-Hüseynə (ə) əzadarlıq mərasimləri başlanıb

Həzrət Əba Əbdillahil-Hüseyn (ə) və vəfalı silahdaşlarının matəm mərasimləri cümə axşamı gecəsindən Azərbaycan Respublikasının məscidləri və digər dini məkanlarında başlanıb.

Şəhidlər sərvəri Həzrət Əba Əbdillahil-Hüseynin (ə) aşiqləri əzadarlıq və sinəvurma dəstələri təşkil edərək, Kərbəla səhrasının batmayan günəşi və onun vəfalı silahdaşlarının şəhadəti qəmində göz yaşı axıdır və İmam Hüseynə (ə) öz sevgilərini bəyan edirlər.
Azərbaycan Respublikası paytaxtı Bakı şəhərində Təzəpir, Hacı Sultanəli, Göy Məscid, Məşədi Dadaş məscidləri və İmam Musa Kazımın (ə) qızı Bibi Rəhimənin pak ziyarətgahı, eləcə də bu ölkənin digər rayonları, o cümlədən Gəncə, Lənkəran, Cəlilabad məscidləri və imamzadələrində bu mərasim özünəməxsus əzəmətli şəkildə keçirilir.
İranlıların hüseyniyyəsində də hər gecə məğrib və işa namazları qılındıqdan sonra Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejadın iştirakı ilə nitqlər söylənir, mərsiyyələr oxunur və əzadarlıq edilir.
Şəhidlər sərvərinin əzadarlıq mərasimində yeniyetmə və gənclərin möhtəşəm iştirakı diqqəti çox cəlb edir.
Azərbaycan Respublikasında Məhərrəm ayı əzadarlıq mərasimlərinin iranlıların əzadarlıq və növhələrin oxunmasına çox-çox oxşarlığı vardır və Əhli-Beyt (ə) məddahları daha çox Qumri Dərbəndi, Dəxil Mərağeyi, Raci Təbrizi və Hacı Seyid Əzim Şirvaninin şer və mərsiyyələrindən istifadə edirlər.
Azərbaycan Respublikasında Kərbəla səhrası şəhidlərinin matəm mərasimləri Tasua və Aşura günlərində zirvəyə çatır və Səfər ayının sonuna qədər davam edir.
Ruhanilər də bu əzadarlıq mərasimində Aşura qiyamının fəlsəfəsi və İmam Hüseynin (ə) məktəbini bəyan edirlər.
Nəzrlərin paylanması, ehsan süfrəsinin açılması, qurbanların kəsilməsi və mənzillərdə rövzə mərasimlərinin təşkil olunması Azərbaycan Respublikasında Məhərrəm ayının digər proqramlarındandır.