Ramil Usubovdan xəbərdarlıq
https://azeri.sahartv.ir/news/azərbaycan-i198579-ramil_usubovdan_xəbərdarlıq
Azərbaycan Respublikası daxili işlər naziri Ramil Usubov xəbərdarlıq edib : "Respublikada sabitliyi, əmin-amanlığı pozmaq, qarışıqlıq, xaos və anarxiya yaratmaq istəyən qüvvələrin qarşısı qanunların verdiyi imkanlar çərçivəsində ən sərt, qətiyyətli şəkildə alınacaq".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2015 08:48 Asia/Baku
  • Ramil Usubovdan xəbərdarlıq
    Ramil Usubovdan xəbərdarlıq

Azərbaycan Respublikası daxili işlər naziri Ramil Usubov xəbərdarlıq edib : "Respublikada sabitliyi, əmin-amanlığı pozmaq, qarışıqlıq, xaos və anarxiya yaratmaq istəyən qüvvələrin qarşısı qanunların verdiyi imkanlar çərçivəsində ən sərt, qətiyyətli şəkildə alınacaq".

APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında çıxış edən general-polkovnik Ramil Usubov qarşıdan dövlət əhəmiyyətli mühüm tədbirin, növbəti parlament seçkilərinin gəldiyini xatırladaraq, əvvəlki illərdə və anoloji tədbirlərdə olduğu kimi, hər bir əməkdaşın qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.