İslamazeri.az-ın xüsusi müxbiri Lənkəranda saxlanıldı
Okt 24, 2015 17:30 Asia/Baku
-
İslamazeri.az-ın xüsusi müxbiri Lənkəranda saxlanıldı
İslamazeri-nin Lənkəran şəhərinə ezam olunmuş müxbiri Lənkəranda polis tərəfindən saxlanılıb
İslamazeri.az İnternet Qəzetinin xüsusi müxbiri Tural Hüseyn və AzadXeber.az informasiya portalının Lənkəran şəhərinə ezam olunmuş əməkdaşları; müxbir Müşviq Tofiqoğlu və saytın video operatoru Ceyhun Əlizadə saxlanılaraq polis şöbəsinə aparılıblar. Onlar vəsiqələrini təqdim etmələrinə baxmayaraq bir neçə saat polis bölməsində saxlanılıblar. Hazırda hər üç jurnalist sərbəst buraxılıb.