Gəncədə "Müsəlman Birliyi Hərəkatı"nın çox sayda üzvü saxlanılıb
Okt 24, 2015 17:33 Asia/Baku
-
Gəncədə "Müsəlman Birliyi Hərəkatı"nın çox sayda üzvü saxlanılıb
Gəncədə Tasua yürüşünə xüsusi təyinatlılar və polis müdaxilə edib
İslamazeri.az xəbər verirki, AzadXeber.az-ın əməkdaşının verdiyi məlumata görə, saxlanılanlar arasında çox sayda "Müsəlman Birliyi Hərəkatı"nın üzvü var.Məlumatda bildirilir ki, hərəkatın üzvləri Tasuaya edilən hücumun şərəf və ləyaqətlərinə edildiyini vurğulayaraq səssiz qalmayacaqlarını bildiriblər. Hal hazırda Gəncədə Şah Abbas, Şahsevən, Qazaxlar, Qırxılı, Fatimeyi Zəhra (s.ə) məscidlərinin ətrafında yüzlərcə polis və daxil qoşunların əsgərləri yerləşdirilib. Məscidlərdə axşam namazlarının azanlarının verilməsinə icazə verilməyib. Müxbirimizə danışan inanclılar basqıların bir başa Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevin tapşırığı ilə edildiyini vurğulayırlar.