Qarabağ müharibə didərginlərinin vəziyyətinin araşdırılması vurğulanıb
Okt 26, 2015 13:48 Asia/Baku
-
Qarabağ müharibə didərginlərinin vəziyyətinin araşdırılması vurğulanıb
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri deyib: Müharibə qaçqınları məsələsi görməməzliyə vurulduğu zamana qədər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əhatəli həll yolunu seçmək qeyri-mümkün olacaq.
Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinala verdiyi məlumata görə, Ceyms Uorlik İrəvanda deyib: Hal-hazırda yüz minlərlə müharibə qaçqını vardır və onların vəziyyətini araşdırmaq zəruridir və onların öz evlərinə qayıtmalarına icazə verilməlidir.Uorlik həmçinin deyib: 28 oktyabrda Azərbaycan Respublikasına baş tutacaq səfərində bu ölkənin Qarabağ məsələləri üzrə nümayəndələriilə görüşəcək və qaçqınlar məsələsi barəsində danışıqlar aparacaq.
Azərbaycan Respublikasında müharibə qaçqınları müharibədən 2 dekada sonra hələ də çox ağır şəraitdə yaşayırlar.