Azərbaycanda şiə telekanalın yayımı dayandırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i198949-azərbaycanda_şiə_telekanalın_yayımı_dayandırılıb
Azərbaycan Respublikasının Azerspace peyki Türkiyənin Kanal 12 şiə televiziyasının yayımını dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2015 16:18 Asia/Baku
  • Azərbaycanda şiə telekanalın yayımı dayandırılıb
    Azərbaycanda şiə telekanalın yayımı dayandırılıb

Azərbaycan Respublikasının Azerspace peyki Türkiyənin Kanal 12 şiə televiziyasının yayımını dayandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Türkiyədə Kanal 12 televiziyası ofisinin direktoru Cavad Gök bu xəbəri təsdiqləyərək bildirib: Peyk yayımının dayandırılmasına baxmayaraq, bu televiziya müsəlmanlar və şiələrə xidmətini dayandırmayacaq.
Cavad Gök həmçinin Azərbaycan Respublikasında bu televiziyanın tamaşaçılarından istəyib ki, bu televiziyanın internet saytından proqramlarını izləsinlər.
Kanal 12 şiə televiziyasının Azerspace peykindən yayımı Tasua günündən öncəən xəbərdarlıq olmadan və heç bir səbəb elan edilmədən dayandırılıb.
Bu məlumata görə, bu televiziya builki Məhərrəm ayında İranın "Müslümün balaları" və "Muxtarnamə" teleseriallarını öz proqramlarına əlavə edib.