Həmsədrlər Ermənistanda
Okt 27, 2015 04:38 Asia/Baku
-
Həmsədrlər Ermənistanda
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər.
Azərbaycan Respublikası medialarının məlumatlarına görə, Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun rus, amerikan və fransız həmsədrləri - İqor Popov, Ceyms Uorlik, Pyer Andriye, eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik ilə görüşüb.Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsi və növbəti addımlarla bağlı məsələlər müzakirə edilib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bundan öncə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Görüşün gedişatında münaqişənin dinc yolla həlli məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Həmsədrlərin regiona səfəri çərçivəsində oktyabrın 28-də Azərbaycana səfəri planlaşdırılır.