Jurnalist Rauf Mirqədirovun zaminə buraxılması üçün müraciət hazırlanır
Okt 27, 2015 12:29 Asia/Baku
Azərbaycanın jurnalist ictimaiyyəti jurnalist Rauf Mirqədirovun zaminə buraxılması üçün müraciət hazırlayır.
Bu sözləri “Zerkalo” qəzetinin sabiq baş redaktoru Elçin Şıxlı deyib.“Ölkə prezidentinin məhkəmə qərarlarına müdaxilə etmədiyini nəzərə alaraq biz yəqin ki, Rauf Mirqədirovu azad etmək hüququna malik olan digər qurumlara müraciət edəcəyik. Və təbii ki, əvvəlcə vəkillərlə məsləhətləşəcəyik.
Ümid edirəm ki, MTN-lə bağlı baş verən məlum olaylardan sonra çoxlarına bəlli oldu ki, Rauf Mirqədirov bu qurumdakı bəzi əməkdaşların qeyri-peşəkarlığının qurbanı olub. Düzdür, mən heç kimi ittiham etmirəm, amma ədalətin öz yerini tutacağına inanıram”, - deyə E.Şıxlı vurğulayıb.
Sabiq baş redaktor onu da deyib ki, yaxın günlərdə bu məqsədlə jurnalistlər arasında imza toplanılması kampaniyasına başlayacaqlar.