Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində islahatlar davam edir
Okt 29, 2015 07:25 Asia/Baku
-
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində islahatlar davam edir
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin generallarından daha biri öz vəzifəsindən uzaqlaşdırılıb.
Səhər Beynəlxalq Televiziyasının İslamazeri internet portalına istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi rəsmilərinin vəzifəsindən kənarlaşdırılması və həbs olunmasının davamında bu nazirliyin əsas məmurlarından biri general Nizami Şirinov ötən gün öz vəzifəsindən kənarlaşdırılıb.Azərbaycan Respublikası Baş Prokurorluğu son günlərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yüksək səviyyəli rəsmilərinin həbs olunması barədə məlumat yayıb.
Baş Prokurorluğun bəyanatında bu həbsin əsas səbəbi vəzifəsindən sui-istifadə etmək elan olunub.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev 17 oktyabrda milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad edib.
Teqlər