Mübariz Qurbanlı cəmiyyətlərin milli və mənəvi dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb
Okt 30, 2015 15:52 Asia/Baku
-
Mübariz Qurbanlı cəmiyyətlərin milli və mənəvi dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri əcnəbi təsirləri qarşısında milli və mənəvi dəyərlərin qorunmasını bütün vətəndaşlar və dindarların vəzifəsi adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Azərbaycan Respublikasının Zərdab rayonunda "Qədim İslam və Müasir Dünya" konfransında dünyanın ağır təhlükəsizlik, siyasi və iqtisadi vəziyyətinə toxunan Mübariz Qurbanlı deyib: Güclü dövlət və stabil cəmiyyəti gələcək nəsillərə təhvil vermək vəzifəsi dövlət rəsmiləri və din alimlərinin üzərindədir. Əlbəttə bu vəzifə çox çətin və məsuliyyətli hesab olunur.Qurbanlı həmçinin islam tarixi, milli və mənəvi dəyərlərin yeri və dövlət və din münasibətlərinə toxunaraq bildirib: Milli və mənəvi dəyərləri əcnəbi təsirlərdən qorumaq hamının vəzifəsidir və dini dəyərləri qorumaq və gələcək nəsillərə çatdırmaq hər kəsin, xüsusilə də dindarların vəzifəsidir.
Teqlər