Azərbaycan prezidenti: "DTİHB mandatını kobudcasına pozaraq seçkiləri müşahidə etməmək barədə qərar qəbul edib"
https://azeri.sahartv.ir/news/azərbaycan-i199159-azərbaycan_prezidenti_dtİhb_mandatını_kobudcasına_pozaraq_seçkiləri_müşahidə_etməmək_barədə_qərar_qəbul_edib
İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mandatını pozaraq, Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsini kəskin şəkildə qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2015 14:05 Asia/Baku
  • Azərbaycan prezidenti:
    Azərbaycan prezidenti: "DTİHB mandatını kobudcasına pozaraq seçkiləri müşahidə etməmək barədə qərar qəbul edib"

İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mandatını pozaraq, Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsini kəskin şəkildə qınayıb.

Prezidenti İlham Əliyev Azərbaycanda keçirilən parlament seçkilərinə işarə edərək, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərildiyini, lakin həmin qurumun bu məsələni ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan öz mandatını kobud şəkildə pozaraq parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul etdiyini bildirib.
APA-nın məlumatına görə, İlham Əliyev bunu Azərbaycanda səfərdə olan Malta parlamentinin spikeri Anqula Farucanın başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı deyib.