Azərbaycan prezidenti: “Seçkilərin ən yüksək standartlara cavab verməsi üçün mühüm islahatlar aparılıb”
Noy 01, 2015 15:26 Asia/Baku
-
Azərbaycan prezidenti: “Seçkilərin ən yüksək standartlara cavab verməsi üçün mühüm islahatlar aparılıb”
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbul edib.
İlham Əliyev Azərbaycanda seçki prosesinin maksimum şəffaf, keyfiyyətli və ən yüksək standartlara cavab verməsi üçün mühüm islahatların aparıldığını deyib. APA-nın məlumatına görə, İlham Əliyev bunu Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbulu zamanı deyib.Azərbaycan prezidenti beynəlxalq müşahidəçilərdən ibarət böyük nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların, minlərlə yerli müşahidəçinin seçki prosesini izlədiyini, “exit-pol”ların keçirildiyini, seçki məntəqələrində veb-kameraların quraşdırıldığını vurğulayaraq seçkinin daha mükəmməl şəkildə həyata keçirilməsi üçün böyük işlər görüldüyünü bildirib.
Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov da Azərbaycanda parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə təşkil olunması münasibətilə İlham Əliyevi təbrik edib.
On beş seçki məntəqəsində apardıqları müşahidələr zamanı seçicilərin çox yaxşı əhval-ruhiyyəsinin şahidi olduqlarını vurğulayan İ. Umaxanov seçkilərin gedişini izləməkdən ötrü müxtəlif siyasi partiyalar və beynəlxalq müşahidəçilər üçün bütün lazımi imkanların yaradıldığını qeyd edib.