Azərbaycanda səsvermə başa çatdı
Noy 01, 2015 16:01 Asia/Baku
-
Azərbaycanda səsvermə başa çatdı
Bu gün Azərbaycanda V çağırış Milli Məclisə keçirilən seçkilərdə səsvermə prosesi başa çatıb.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu gün V çağırış Milli Məclisə keçirilən seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.
Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.
Səhər saat 8:00-da səsverməyə start verilib, saat 19:00-da isə səsvermə bitib.
Səsvermənin başa çatmasının ardınca MSK seçkilərlə bağlı heç bir şikayətin daxil olmadığını bildirib.