Səməd Seyidov AŞPA-da Konservatorlar Partiyasının sədri seçilib
Noy 04, 2015 10:54 Asia/Baku
-
Səməd Seyidov AŞPA-da Konservatorlar Partiyasının sədri seçilib
Azərbaycanın Avropa Şurası Parlament Assambleyası- AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Konservatorlar Partiyasının sədri təyin edilib.
APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, qurumun Siyasi Komitəsinin büro iclasında Avropa Konservatorlar Partiyasının sədri Kristofer Çopun səlahiyyətlərinə xitam verilib və o, Avropa Şurasının Avropa Konservatorlar Partiyasının sədri vəzifəsindən geri çağırılıb. Beləliklə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yanvarın 25-dək Avropa Şurasının ən mühüm qurumlarında – prezident komitəsində, büro iclaslarında Avropa Şurasını təmsil edəcək və 5 partiyanın sədrləri ilə birgə Avropa Şurası siyasətini formalaşdıranlardan biri olacaq.Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının siyasi bürosunda siyasi partiyaların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. AŞPA-da 5 siyasi partiya fəaliyyət göstərir və Azərbaycan nümayəndə heyətinin əksəriyyəti Avropa Konservatorlar Partiyasının üzvüdür.
Teqlər