İlham Əliyev Türkiyəyə gəlib
Noy 15, 2015 06:21 Asia/Baku
-
İlham Əliyev Türkiyəyə gəlib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Türkiyəyə işgüzar səfərə gəliblər.
Trend xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.Antalyanın beynəlxalq aeroportunda Azərbaycan Respublikasının prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Dünyanın iyirmi sənaye ölkəsinin başçıları bazar və bazar ertəsi günləri Türkiyənin Antalya şəhərində beynəlxalq iqtisadi məsələləri araşdırmaq üçün bir araya gəlirlər, amma belə görünür ki, cümə günü gecə Parisdə baş vermiş terror hücumları bu iclası öz təsiri altına alacaq.
Amerika, Almaniya, İtaliya, Fransa, İngiltərə, Kanada və Avstraliya iyirmilər qrupundandırlar.
Teqlər