Azərbaycan və İran arasında əməkdaşlıqların inkişaf etdirilməsi yolları araşdırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i199738-azərbaycan_və_İran_arasında_əməkdaşlıqların_inkişaf_etdirilməsi_yolları_araşdırılıb
İranın Gilan vilayətinin valisi Azərbaycanın sənaye və iqtisadiyyat naziri ilə görüşdə iki ölkənin dəmiryol şəbəkələrinin birləşdirilməsinin önəminə təkid edib və deyib: Astarada əmtə məhsulları terminalının yaradılması və bu terminaldan sərhədin 0 nöqtəsinə dəmiryolu xəttinin çəkilməsi üzrə məsələlər ciddi şəkildə izlənilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2015 10:59 Asia/Baku
  • Azərbaycan və İran arasında əməkdaşlıqların inkişaf etdirilməsi yolları araşdırılıb
    Azərbaycan və İran arasında əməkdaşlıqların inkişaf etdirilməsi yolları araşdırılıb

İranın Gilan vilayətinin valisi Azərbaycanın sənaye və iqtisadiyyat naziri ilə görüşdə iki ölkənin dəmiryol şəbəkələrinin birləşdirilməsinin önəminə təkid edib və deyib: Astarada əmtə məhsulları terminalının yaradılması və bu terminaldan sərhədin 0 nöqtəsinə dəmiryolu xəttinin çəkilməsi üzrə məsələlər ciddi şəkildə izlənilir.

Məhəmməd Əli Nəcəfi bu görüşdə həmçinin ötən gün baş tutan İran-Azərbaycan ticarət toplantısının özəl sektor tərəfindən müsbət qarşılanmasına işarə edərək, deyib: Bu maraq, əlaqələrin asanlaşdırılması, xüsusilə vizaların verilməsinin sadələşdirilməsi yönündə işlərin görülməsini zəruri edir.
Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev də bu görüşdə deyib: İki ölkənin əlaqələrin yaxşılaşdırılması üzrə qərarlarının öz nəticəsini verməsinin şahidiyik və gələcəkdə bu əlaqələrin bəhrəsini daha artıq müşahidə edəcəyik.