Ermənistanın Azərbaycana qarşı hərəkətləri nəticəsində dəyən xəsarətlərin həcmi elan olunub
Noy 18, 2015 13:50 Asia/Baku
-
Ermənistanın Azərbaycana qarşı hərəkətləri nəticəsində dəyən xəsarətlərin həcmi elan olunub
Azərbaycan Respublikası hökuməti Ermənistanın Azərbaycana təcavüzkarlığı nəticəsində dəyən maddi xəsarətin məbləğini elan edib.
Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun hesabatında Azərbaycana dəyən maddi zərərin 818 milyard dollardan çox olduğu bildirilib.Bu hesabatda bildirilib: Ermənistanın təcavüzkarlığı nəticəsində Azərbaycan Respublikası işğal olunmuş ərazilərdə kitabxanaları, məscidləri, ziyarətgahları, xəstəxanaları, muzeylərini itirib.
Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu həmçinin İrəvandan təzminatın tələb edilməsini istəyib.
Ermənistan və Azərbaycan Respublikası Qarabağın mülkiyyəti üzrə ixtilafdadırlar.
1994-cü ilin may ayından Qarabağ münaqişəsi üzrə tərəflər arasında atəşkəs bərqərar olunub. Lakin Rusiya, Fransa və Amerikanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi bu münaqişənin həlli ilə nəticələnməmişdir.
Teqlər