Rusiya SSRİ-nin tərkibində olan respublikalarda yaranan münaqişələrin səbəbkarıdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i199794-rusiya_ssrİ_nin_tərkibində_olan_respublikalarda_yaranan_münaqişələrin_səbəbkarıdır
Azərbaycan Respublikasında hərbi ekspert Sülhəddin Əkbər Rusiyanı sabiq SSRİ-nin tərkibində olan respublikalarda yaranmış münaqişələrin sona çatmamasında müqəssir adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2015 16:45 Asia/Baku
  • Rusiya SSRİ-nin tərkibində olan respublikalarda yaranan münaqişələrin səbəbkarıdır
    Rusiya SSRİ-nin tərkibində olan respublikalarda yaranan münaqişələrin səbəbkarıdır

Azərbaycan Respublikasında hərbi ekspert Sülhəddin Əkbər Rusiyanı sabiq SSRİ-nin tərkibində olan respublikalarda yaranmış münaqişələrin sona çatmamasında müqəssir adlandırıb.

Beynəlxalq Səhər Telekanalına müsahibə verən Sülhəddin Əkbər Qarabağ münaqişəsi, həmçinin Moldova, Ukrayna və Gürcüstandakı oxşar münaqişələrə toxunub və deyib: Rusiya bu münaqişələrin davam etməsindən istifadə edərək bu respublikalarda nüfuz etmək və öz qüvvəsini bərpa etmək ardıncadır.
Hərbi məsələlər üzrə ekspert Rusiyanın hal-hazırda bu münaqişələrdən istifadə edərək, həm Azərbaycan, həm də Ermənistanda nüfuz etdiyini bildirərək əlavə edib: Rusiyanın sabiq SSRİ respublikaları, o cümlədən Qafqazdakı nüfuzuna son qoyulmadığı zamana qədər Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının xeyrinə həlli qeyri-mümkündür.