Azərbaycanda iqtidarın hakimiyyətdən kənarlaşdırılması üçün 18 milyard dollar vəsait ayrılıbmış
Noy 20, 2015 14:56 Asia/Baku
-
Azərbaycanda iqtidarın hakimiyyətdən kənarlaşdırılması üçün 18 milyard dollar vəsait ayrılıbmış
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı 2013-cü il prezident seçkiləri ərəfəsində, hakimiyyətin dəyişdirilməsi üçün ölkəyə 18 milyard dollar vəsaitin gətirilməsindən xəbər verib.
Tofiq Rəcəbov Yeni Müsavat qəzetinə müsahibəsində bunu deyərək, əlavə edib: Bu vəsait Rusiyada yaşayan bəzi Azərbaycan vətəndaşları vasitəsi ilə Azərbaycanda hakimiyyətin dəyişdirilməsi məqsədi ilə ölkəyə göndərilib.Rəcəbov əlavə edib: Bu pullar prezident seçkilərindən sonra "AzərQazBank"ın direktoru Çingiz Əsədullayev tərəfindən xarici ölkələrə köçürülüb.