İlham Əliyev terrorizmlə mübarizə haqda göstəriş verdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i199872-İlham_Əliyev_terrorizmlə_mübarizə_haqda_göstəriş_verdi
Azərbaycan dövləti terrorçuların maliyyə qaynaqları ilə mübarizəni gücləndirir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2015 13:22 Asia/Baku
  • İlham Əliyev terrorizmlə mübarizə haqda göstəriş verdi
    İlham Əliyev terrorizmlə mübarizə haqda göstəriş verdi

Azərbaycan dövləti terrorçuların maliyyə qaynaqları ilə mübarizəni gücləndirir

Bakı mediaları bildirirlər ki, Azərbaycan prezidenti İlham Əliyev terrorçu qrupların maliyyə mənbələrinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə bir fərman imzalayıb. Bu fərmanda "qanunsuz pulların leqallaşdırılması və terrorçuların maliyyələşdirilməsi ilə mübarizə" qanunun icrası ilə bağlı Nazirlər Kabinetindən istənilib ki, 3 ay ərzində bu qanuna şamil olan şəxslərin mal varlığının dondurulması və bununla əlaqədar olan digər qanunlara düzəlişlərin edilməsi üçün işlər görsün.
"Qanunsuz pulların leqallaşdırılması və terrorçuların maliyyələşdirilməsi ilə mübarizə" qanunu cari ilin 20 oktyabrında Azərbaycan Milli Məclisində qəbul edilib. Bu qanuna əsasən terrorçuları maliyyələşdirməkdə şübhəli bilinən həqiqi və hüquqi şəxslərin mal varlığının dondurulması qaydaları sadələşdirilib. Bu qanunda terrorçuları maliyyələşdirməkdə şübhəli bilinən şəxslərin mal varlığının öncədən elan olunmamış qaydada dondurulması və adı terrorçuları maliyyələşdirməkdə şübhəli bilinənlər siyahısından çıxarılanların mal varlığının azad edilməsi qaydaları da nəzərdə tutulub.
Ekspertlər bu qanun layihəsinin qəbul edilməsini Azərbaycan dövlətinin terrorizm təhlükəsini ciddi təhdid olaraq görməsi və buna görə də bu nəhs fenomenə qarşı mübarizəni gücləndirməsi nişanəsi hesab edirlər. Aydın məsələdir ki, Qafqaz məntəqəsində terrorçuların fəaliyyətinin artması, bu təhdidin regionda daha da ciddiləşməsinə səbəb olub. Bu arada vəhhabi qrupların xüsusi ilə də İŞİD-in Azərbaycan dövlətini təhdid etməsini nəzərə alaraq, belə nəzərə gəlir ki, rəsmi Bakı terrorizmə qarşı mübarizə mövzusunu ciddi şəkildə izləmək qərarına gəlib. Xüsusilə son zamanlar bəzi dövlət rəsmiləri və onların övladlarının vəhhabilik və İŞİD kimi təhlükəli qruplaşmalara qoşulmaları Azərbaycan dövlətinin bu məsələ ilə mübarizəyə daha ciddi yanaşmasına səbəb olub. Azərbaycanda milli təhlükəsizlik nazirinin vəzifəsindən kənarlaşdırılması və həbs edilməsinin ardınca aydın olub ki, bu nazirlikdə bir sıra yüksək vəzifəli rəsmi əcnəbilərin maraqlarına xidmət edirmiş. Ötən bir ay ərzində Milli Təhlükəsizlik Nazirliyi ilə yanaşı, Prezidenti Mühafizə Xidmətinin rəisi, rabitə və informasiya texnologiyaları naziri və bir sıra yüksək səviyyəli hərbçi tutduqları vəzifələrdən azad ediliblər. Bu dövlət rəsmilərinin korrupsiyada və qanunsuz dinləmələrdə ittiham edildikləri bildirilir. Amma, bəzi qeyri-rəsmi mənbələr bu şəxslərə qarşı başladılan həbs dalğasının arxasında onların İsrail rejimi, Qərb dövlətləri və Ərəbistan rejiminin Azərbaycana nüfuz etmələri üçün münasib şərait yaratmalarının dayandığını bildirirlər.
Rusiyada çıxan İzvestiya qəzeti bu xüsusda yazır: Rusiyanın xarici təhlükəsizlik təşkilatı Azərbaycandan İŞİD qruplaşmasına pul köçürmələri hallarını aşkar edib.
Əslində, Ərəb ölkələri tərəfindən Azərbaycan vasitəsilə pul köçürmələrinin həyata keçirilməsi ilə yanaşı, bəzi dövlət rəsmilərinin ölkədəki vəhhabilərin maliyyələşdirilməsində iştiraka malik olduqları bildirilir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda vəhhabilərin nüfuzu son zamanlar xeyli artıb və bu ölkə dövləti artıq vəhhabilikdən qaynaqlanan təhdidləri ciddi qəbul edərək, terrorizmə qarşı mübarizəni gücləndirməyə çalışır.