Noy 27, 2015 12:33 Asia/Baku
  • "Nardaran camaatını təxribata çəkmək istəyirlər"

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirib: Nardaran camaatı hüquq-mühafizə orqanları ilə danışığa hazırdır.

APA-nın verdiyi xəbərə görə, onun sözlərinə görə, kənd camaatı yaranmış vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanları ilə danışıqlar aparmağa hazırlaşır: “Biz qərara gəldik ki, polis və prokurorluq əməkdaşları ilə görüşüb yaranmış vəziyyəti müzakirə edək. Yaxın saatlarda görüş baş tutacaq. Biz bir daha bəyan edirik ki, Nardaran camaatını təxribata çəkmək istəyirlər. Biz bu məsələnin şişirdilməsinin əleyhinəyik. Nardaran camaatı heç vaxt dövlətə qarşı çıxmayıb, çıxmayacaq”.
Məşədi Natiq Kərimov onu da deyib ki, ötən gün baş verən atışmada dünyasını dəyişən kənd sakinlərinin meyitləri hələ ailələrinə təhvil verilməyib.

Teqlər