Nardaranda son durum
https://azeri.sahartv.ir/news/azərbaycan-i200109-nardaranda_son_durum
Dünən Nardaran qəsəbəsində baş verən silahlı insidentdən sonra yaranmış vəziyyət stabilləşməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2015 09:12 Asia/Baku
  • Nardaranda son durum
    Nardaranda son durum

Dünən Nardaran qəsəbəsində baş verən silahlı insidentdən sonra yaranmış vəziyyət stabilləşməkdədir.

Bu barədə “Qafqazinfo”ya hazırda Nardaranın girişində yaradılmış qərargaha nəzarət edən Hüquq Mühafizə Orqanlarının rəhbərlərindən biri məlumat verib. Qərargah rəsmisi bildirib ki, dünənki olaylardan sonra kənddə sabitlik hökm sürsə də, qəsəbənin giriş və çıxışları nəzarət altında saxlanılır. Kəndin içində toplaşan bir qrup sakin dəfnə hazırlıq görürlər.

Rəsminin sözlərinə görə, polis onların dəfninə heç bir müdaxiə etməyəcək, yalnız təhlükəsizlik tədbirləri üçün kəndə nəzarət davam etdirilir.