İran və Azərbaycanın təhsil nazirləri görüşüblər
Noy 28, 2015 12:53 Asia/Baku
-
İran və Azərbaycanın təhsil nazirləri görüşüblər
İran İslam Respublikasının təhsil naziri Bakıda Azərbaycan Respublikasından olan həmkarı ilə görüşdə bu ölkədəki iranlı tələbələrin problemlərinin həllini vurğulayıb.
IRIB-nin Bakı müxbirinin məlumatına görə, Fani İran və Azərbaycanın mədəni ortaqlıqlarına işarə edərək, dərs kitablarının araşdırılması və hazırlanması üçün müştərək bir heyətin təşkilini istəyib.İran İslam Respublikasının təhsil naziri həmçinin İranın İSESKO(ISESCO)-nun regional ofisinin təcrübələrinin Azərbaycan Respublikasına ötürülməsinə hazır olduğunu bildirib.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov da bu ölkədəki iranlı tələbələrin problemlərinin həlli barədə ümidvarlıq edərək, İranın İSESKO(ISESCO) sahəsindəki təcrübələrindən istifadəni vurğulayıb.