Ramil Usubov: Nardaran əməliyyatı prezidentin göstərişi əsasında olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i200352-ramil_usubov_nardaran_əməliyyatı_prezidentin_göstərişi_əsasında_olub
Azərbaycan Respublikası daxili işlər naziri Ramil Usubov deyib ki, Nardaran əməliyyatı və Müsəlman Birliyi Hərəkatı sədrinin həbsi prezident İlham Əliyevin əmri əsasında olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2015 06:45 Asia/Baku
  • Ramil Usubov: Nardaran əməliyyatı prezidentin göstərişi əsasında olub
    Ramil Usubov: Nardaran əməliyyatı prezidentin göstərişi əsasında olub

Azərbaycan Respublikası daxili işlər naziri Ramil Usubov deyib ki, Nardaran əməliyyatı və Müsəlman Birliyi Hərəkatı sədrinin həbsi prezident İlham Əliyevin əmri əsasında olub.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının daxili işlər naziri bildirib ki, Müsəlman Birliyi Hərəkatının məqsədi, Azərbaycanda qeyri-konstitusion yolla hakimiyyətə gəlmək, şəriət qanunları ilə idarə olunan dövlət quruluşu yaratmaq olub: Ona görə, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı hüquq-mühafizə orqanları qarşısında tələb qoydu ki, bu “cinayətkar” silahlı dəstənin zərərsizləşdirilməsi, onların Azərbaycan qanunlarına tabe olmaları üçün ciddi tədbirlər görülsün. Bu tədbirlər görülməyə başlandı.
Ramil Usubovun sözlərində iddia olunur: “İlk tədbir zamanı silahlı müqavimət oldu, Nardaran qəsəbəsində daxili işlər orqanları əməkdaşlarına qarşı avtomat və qumbaralar işlədildi".
Ramil Usubovun sözlərinə görə, noyabrın 26-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Nardaranda xüsusi əməliyyat keçiriblər: "Artıq 32 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, 2 polis olmaqla, 7 nəfər hadisə zamanı həyatını itirib".