Azərbaycan Ordusunun giziri şəhid olub
Dek 03, 2015 17:46 Asia/Baku
-
Azərbaycan Ordusunun giziri şəhid olub
Noyabrın 30-da axşam saatlarında qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Novruzov Fariz Əlabbas oğlu həlak olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fakt üzrə Hərbi Prokurorluq tərəfindən hadisənin baş verməsi şəraitinin müəyyən edilməsi üzrə araşdırma aparılıb.Araşdırmanın nəticəsi göstərib ki, gizir F. Novruzov düşmən tərəfdən atılan güllənin sapması nəticəsində şəhid olub.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi regiondakı çətin hərbi-siyasi şəraitdən öz xeyrinə istifadə etmək məqsədi ilə vəziyyəti bir qədər də gərginləşdirməyə çalışır.
Teqlər