“Günəşli” yatağında həlak olan neftçilər hələ tapılmayıblar
https://azeri.sahartv.ir/news/azərbaycan-i200502-günəşli_yatağında_həlak_olan_neftçilər_hələ_tapılmayıblar
Dekabrın 4-dən Azərbaycanın «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın hələ də södürülməyib, həlak olan neftçilərin axtarışı da nəticəsiz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2015 07:56 Asia/Baku
  • “Günəşli” yatağında həlak olan neftçilər hələ tapılmayıblar
    “Günəşli” yatağında həlak olan neftçilər hələ tapılmayıblar

Dekabrın 4-dən Azərbaycanın «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın hələ də södürülməyib, həlak olan neftçilərin axtarışı da nəticəsiz qalıb.

APA-nın məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib: "Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq, SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb".

"Saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. ", - deyə B. Ağarəhimov bildirib.

O qeyd edib ki, hazırda yanğının söndürülməsi prosesində 5 gəmi iştirak edir.

Dekabrın 4-də «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində 29 nəfər itkin düşüb. 33 nəfər xilas edilib, bir nəfərin cəsədi çıxarılıb.